Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ hərbi dəniz piyadalarını təlimə aparan "CH-53E Super Stallion" tipli helikopterin sərt eniş etməsi nəticəsində bir əsgər ölüb, 9-u yaralanıb.
"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.
Hadisə ölkənin Şimali Karolina ştatındakı Kemp-Lejen bazasında təlim zamanı helikopterin sərt enişi nəticəsində baş verib. Yaralılardan birinin vəziyyəti ağırdır.