ABŞ-ın İllinoys ştatında helikopter qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.
Qeyd edilir ki, bir mühərrikli helikopterin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.
Hadisənin başvermə şəraiti hələlik məlum deyil. Birləşmiş Ştatların Nəqliyyatda Təhlükəsizlik İdarəsi faktla bağlı təhqiqat aparır.
Məlumata görə, hadisə zamanı hava maşınının pilotu və 3 sərnişini həlak olub.