ABŞ-da həbsxanadan 32 il əvvəl qaçmış məhbus tutulub

ABŞ-da həbsxanadan 32 il əvvəl qaçmış məhbus tutulub Məlumata görə, 60 yaşlı Stiven Dişman həbsxanadan 1985-ci ilin mayında qaçıb
Digər ölkələr
26 İyun , 2017 08:23
ABŞ-da həbsxanadan 32 il əvvəl qaçmış məhbus tutulub

Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ-ın Arkanzas ştatının hakimiyyət orqanları 32 il əvvəl qaçmış cinayətkarı tutmağa müvəffəq olduqlarını bildiriblər.

"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, 60 yaşlı Stiven Dişman ştatın şimal-qərb hissəsində saxlanılıb. O, həbsxanadan 1985-ci ilin mayında, oğurluğa görə 7 illik cəza çəkərkən qaçıb. Qeyd edilir ki, onun cəzasının icrası 1984-cü ildə qüvvəyə minib.

Dişmanın hüquq-mühafizə orqanları tərəfindən necə saxlanılması, onun yerinin müəyyənləşdirilməsinin detalları açıqlanmır. Məhkum cəzasının çəkilməmiş hissəsini çəkəcək. Həmçinin onun qaçışına gözə cəzasının çoxaldılması məsələsi də həll ediləcək. 

Son xəbərlər

Orphus sistemi