ABŞ-da həbsxanada atışma olub, ölən və yaralanan var

ABŞ-da həbsxanada atışma olub, ölən və yaralanan var ABŞ-ın Corciya ştatının Devisboro şəhərindəki həbsxananın ərazisində atışma nəticəsində bir nəfər öldürülüb, daha bir nəfər yaralanıb.
Digər ölkələr
28 Dekabr , 2020 21:31
ABŞ-da həbsxanada atışma olub, ölən və yaralanan var

ABŞ-ın Corciya ştatının Devisboro şəhərindəki həbsxananın ərazisində baş verən atışma nəticəsində bir nəfər öldürülüb, daha bir nəfər yaralanıb.

“Report”un məlumatına görə, bu barədə “Fox News” telekanalı bildirib.

Hadisə bazar ertəsi gecə yarısı, cəzaçəkmə müəssisəsinin iki keşikçisinin həbsxananın ətrafında iki naməlum şəxsin məhbuslara qaçaqmalı verməyə çalışarkən baş verib. Bu zaman onların arasında atışma olub. Nəticədə bir keşikçi yaralanıb, cinayətkarlardan isə biri öldürülüb.

Hadisənin ikinci iştirakçısı saxlanılıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.

Fakt üzrə araşdırma başlayıb.

Son xəbərlər

Orphus sistemi