​ABŞ-da həbsxana avtobusu qəzaya uğrayıb, 16 nəfər yaralanıb

​ABŞ-da həbsxana avtobusu qəzaya uğrayıb, 16 nəfər yaralanıb Avtobus sürücüsü və 15 dustaq xəsarət alıb
Digər ölkələr
24 Sentyabr , 2015 04:01
​ABŞ-da həbsxana avtobusu qəzaya uğrayıb, 16 nəfər yaralanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/Amerikanın Arizona ştatının Finiks şəhəri yaxınlığında dustaqları daşıyan avtobus qəzaya düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.

İlkin məlumatlara görə, avtobus sürücüsü və 15 dustaq müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza səbəbindən avtomobil yolunun hər iki istiqamətində hərəkət iflic olub.

Hadisənin səbəbləri hələ ki, məlum deyil, zərərçəkənlərə tibbi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi