Bakı. 31 avqust. REPORT.AZ/ ABŞ-da şist neft hasilatının "Harvi" qasırğasından zərər çəkməsi səbəbindən qara "qızıl"ın bazar təklifi 15 faiz azalıb.
"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazır.
Qeyd olunur ki, qasırğadan ən çox Cənubi Texasdakı "Eagle Ford" yataqları zərər çəkib. Orada əvvəllər gün ərzində 1,4 milyon barel neft çıxarılırdı.
Məlumata görə, istehsal bir neçə həftə ərzində bərpa olunacaq.
Tropik qasırğa səbəbindən hazırda Texasda 15 faizdən çox emaledici qurum bağlanıb. Bu, neftin qiymətin 2,5 faizdən aşağı düşməsinə gətirib çıxarıb. İndi neftin bir bareli 46,44 dollardır.