ABŞ-da "Harvi" qasırğası qurbanlarının sayı artıb - FOTO

ABŞ-da "Harvi" qasırğası qurbanlarının sayı artıb - FOTO Aranzas dairəsində ölənlərin sayı 3 nəfərə çatıb
Digər ölkələr
27 Avqust , 2017 05:29
ABŞ-da Harvi qasırğası qurbanlarının sayı artıb - FOTO

Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Aranzas dairəsində "Harvi" qasırğası qurbanlarının sayı 3 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Los Angeles Times" Rokport şəhərinin yanğın departamentinin nümayəndəsi Roy Leyrdə istinadən xəbər verib.

Daha əvvəl qasırğanın Rokportdakı evlərdən birində törətdiyi yanğınla 1 nəfərin həyatına son qoyduğu bildirilirdi.

Nəşrin məlumatına görə, qəza briqadaları dağıntıları yığışdırmağa, yıxılmış ağacları və çevrilmiş avtomobilləri təmizləməyə davam edir. Qasırğa yüz minlərlə sakini elektrik enerjisiz qoyub, onlarla evi dağıdıb.

"Harvi" 2005-ci ildə Luiziana ştatında Yeni Orleanı su altında qoymuş "Katrin" qasırğasından sonra son 12 ildə ABŞ-da ən güclü təbii hadisədir.

Son xəbərlər

Orphus sistemi