ABŞ-da "Harvi" qasırğası qurbanlarının sayı 60-a çatıb

ABŞ-da "Harvi" qasırğası qurbanlarının sayı 60-a çatıb Qasırğanın vurduğu zərər 150-180 milyard dollara çata bilər
Digər ölkələr
5 Sentyabr , 2017 03:11
ABŞ-da Harvi qasırğası qurbanlarının sayı 60-a çatıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ-da daşqınlara gətirib çıxaran "Harvi" qasırğası qurbanlarının sayı 60 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" Texas ştatının Fövqəladə Vəziyyət üzrə Departamentinə istinadən xəbər verib.

Texasın qubernatoru Qreq Ebbott bildirib ki, "Harvi" qasırğasının vurduğu zərər 150-180 milyard dollara çata bilər. Bundan əvvəlki məlumatda qasırğa zamanı 47 nəfərin öldüyü bildirilirdi.

"Harvi" son 12 il ərzində ABŞ ərazisində qeydə alınmış ən dağıdıcı qasırğadır. 

Son xəbərlər

Orphus sistemi