ABŞ-da "Harvi" qasırğası ilə əlaqədar 300 min insan elektrik enerjisiz qalıb - VİDEO

ABŞ-da "Harvi" qasırğası ilə əlaqədar 300 min insan elektrik enerjisiz qalıb - VİDEO Qasırğa nəticəsində onlarla ev dağılıb
Digər ölkələr
26 Avqust , 2017 20:57
ABŞ-da Harvi qasırğası ilə əlaqədar 300 min insan elektrik enerjisiz qalıb - VİDEO

Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ-ın Texas ştatında 300 min insan "Harvi" qasırğası səbəbindən elektriksiz qalıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Dallas News" nəşri məlumat yayıb.

"Qasırğa sahilə çatan kimi Texasın elektrik şəbəkəsinin 90 faizini idarə edən Şura tezliklə 211 min nasazlığın yaranması barədə bildirib", - deyə "Dallas News" yazır.

Qeyd olunur ki, tezliklə bu göstərici 293 minə çatıb. Bundan əlavə, mobil rabitə də pozulub. ABŞ mətbuatı qasırğa nəticəsində onlarla evin dağıldığını yazıb. Birləşmiş Ştatların Qasırğaların Xəbərdarlığı Milli Mərkəzinin məlumatına görə, hazırda "Harvi"nin gücü 1-ci – aşağı kateqoriyaya düşüb.

"Harvi" 2005-ci ildə Luiziana ştatında Yeni Orleanı su altında qoymuş "Katrin" qasırğasından sonra son 12 ildə ABŞ-da ən güclü təbii hadisə olub.

Son xəbərlər

Orphus sistemi