ABŞ-da Gülnarə Kərimovaya qarşı cinayət işi açılıb

ABŞ-da Gülnarə Kərimovaya qarşı cinayət işi açılıb Bakı. 8 mart. REPORT.AZ/ Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimova ABŞ-da çirkli pulların yuyulmasında, həmçinin 865 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.
Digər ölkələr
8 Mart , 2019 03:07
ABŞ-da Gülnarə Kərimovaya qarşı cinayət işi açılıb

Bakı. 8 mart. REPORT.AZ/ Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimova ABŞ-da çirkli pulların yuyulmasında, həmçinin 865 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Nyu-York Cənub Dairə Məhkəməsi məlumat yayıb.

Ona qarşı cinayət işinin açıldığı bildirilir.

Prokurorluqdan qeyd ediblər ki, bu, xarici korrupsiya tətbiqləri haqqında qanun tarixində ən böyük cinayət işidir.

Son xəbərlər

Orphus sistemi