ABŞ-da güclü yanğın olub, xəsarət alanlar var - FOTO - VİDEO

ABŞ-da güclü yanğın olub, xəsarət alanlar var - FOTO - VİDEO ABŞ-ın Los-Anceles (Kaliforniya ştatı) şəhərində güclü yanğın hadisəsi baş verib.
Digər ölkələr
17 May , 2020 09:38
ABŞ-da güclü yanğın olub, xəsarət alanlar var - FOTO - VİDEO

ABŞ-ın Los-Anceles (Kaliforniya ştatı) şəhərində güclü yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, bu barədə NBC teleşirkətinə meqapolisin yanğınsöndürmə xidmətinin kapitanı Erik Skott bildirib.

O, qeyd edib ki, alovun söndürülməsi zamanı 11 yanğınsöndürən güclü yanıq xəsarətləri alıb.

"Biz təxminən iki saat ərzində alovu tamamilə söndürdük. Bu, yerli vaxtla saat 20:08-də (Bakı vaxtı ilə saat 7:08-də) oldu. Təəssüf ki, 11 yanğınsöndürən yanıq xəsarətləri aldı", - Skott deyib. Onun sözlərinə görə, yanğın ticarət binasında baş verib. "Bu böyük fövqəladə hadisənin başvermə səbəbi və şəraiti araşdırılır", - yanğınsöndürmə xidmətinin kapitanı əlavə edib.

Alovun söndürülməsinə 230-dan çox yanğınsöndürən cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi