ABŞ-da göyərtəsində 10 nəfər olan təyyarə okeana düşüb

ABŞ-da göyərtəsində 10 nəfər olan təyyarə okeana düşüb ABŞ-ın qərbində, Vaşinqton ştatının Sietl şəhəri yaxınlığında, Myutini-Bey bölgəsində biri uşaq olmaqla on nəfəri daşıyan təyyarə Sakit okeana düşüb.
Digər ölkələr
5 sentyabr 2022 04:11
ABŞ-da göyərtəsində 10 nəfər olan təyyarə okeana düşüb

ABŞ-ın qərbində, Vaşinqton ştatının Sietl şəhəri yaxınlığında, Myutini-Bey bölgəsində biri uşaq olmaqla on nəfəri daşıyan təyyarə Sakit okeana düşüb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

Qəza yerinə Sahil Mühafizəsinin əməkdaşları cəlb edilib. Qeyd olunub ki, təyyarənin düşdüyü yerdə təhlükəsizlik zonası yaradılıb.

Bir nəfərin cəsədi tapılıb, daha doqquz nəfər itkin düşmüş hesab olunur.

Son xəbərlər

Orphus sistemi