ABŞ-da gənc qadının qatili 42 il sonra tapıldı

ABŞ-da gənc qadının qatili 42 il sonra tapıldı ABŞ-da gənc qadının qətlində şübhəli bilinən şəxsə qarşı 42 il sonra ittihamlar irəli sürülüb və o, həbs olunub.
Digər ölkələr
28 Mart , 2021 06:22
ABŞ-da gənc qadının qatili 42 il sonra tapıldı
Ceyms German Dey

ABŞ-da gənc qadının qətlində şübhəli bilinən şəxsə qarşı 42 il sonra ittihamlar irəli sürülüb və o, həbs olunub.

“Report” xəbər verir ki, bu barədə CNN bildirib.

Kanzasın 64 yaşlı sakini Ceyms German Deyə qarşı şübhələr onun DNT analizinin öldürülən şəxsin paltarında və dırnaqlarının arasında tapıldıqdan sonra yönəlib. İstintaqın versiyasına görə, Ceyms German Dey 1979-cu ildə qonşu Kolorado ştatında 29 yaşlı kollec işçisinə qarşı zorakılıq tətbiq edib və sonra onu kəmərlə boğub.

Lakin 64 yaşlı kişi iddia edib ki, o, gənc qızı tanımayıb, öldürməyib və qətl haqqında ümumiyyətlə heç nə eşitməyib. Ancaq müstəntiqlər müəyyənləşdiriblər ki, Dey cinayətdən bir neçə ay əvvəl təhsil müəssisəsində işə götürülüb.

Ceyms German Dey hazırda həbsdədir və Koloradoya köçürülməsini gözləyir.

Son xəbərlər

Orphus sistemi