Bakı. 3 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində fəaliyyət göstərən gecə klubunda yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə "East Bay Times" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə şənlik keçirilən zaman baş verib. Yanğın zamanı 9 nəfər ölüb, azı 25 nəfər itkin düşüb.
Xəbərdə həmçinin qeyd edilir ki, yanan binada bir neçə nəfər qalıb.
Yanğın binanın anbarında başlayıb. Hadisə yerinə 50-dək yanğınsöndürən cəlb edilib.