Yuxarı
    Bağlamaq

    ABŞ-da gecə klubunda baş vermiş yanğında ölənlərin sayı 33-ə çatıb - YENİLƏNİB-2

    Şəhərin meri yanğında ölənlərin sayının 40 nəfərə çata biləcəyini bildirmişdi

    Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Olklend şəhərində dekabrın 3-də baş vermiş güclü yanğın zamanı ölənlərin sayı 33-ə çatıb.

    "Report"-un məlumatına görə, bu barədə "NBC News"  telekanalı polisə istinadən məlumat yayıb.

    Telekanal faktla bağlı təhqiqatın aparıldığını bildirib.

    Qeyd edək ki, dekabrın 3-də ABŞ-ın Oklend şəhərində fəaliyyət göstərən gecə klubunda yanğın baş verib. Məlumata görə, hadisə şənlik keçirilən zaman qeydə alınıb.

    İlkin məlumatda yanğın zamanı 9 nəfərin öldüyü, 25 nəfərin itkin düşdüyü bildirilirdi. Oklend şəhərinin meri yanğında ölənlərin sayının 40 nəfərə çata biləcəyini bildirmişdi.

    ***00:26

    ABŞ-ın Kaliforniya ştatının Olklend şəhərində dekabrın 3-də baş vermiş güclü yanğında ölənlərin sayı 30-a çatıb.

    "Report"-un məlumatına görə, bu barədə "ABC News" polisdəki mənbəyə istinadən xəbər yayıb.

    Məlumata görə, xilasedicilər gecə klubunda 30 nəfərin cəsədini aşkarlayıblar. 

    "Biz 30 cəsədin tapıldığını təsdiqləyirik. Bu, böyük sayda rəqəmdir və hələ yekun deyil" - deyə çavuş Reya Kelli "France Press"ə bildirib. O, əlavə edib ki, axtarışlar bir neçə gün davam edə bilər. 



    ***20:33

    ABŞ-ın Kaliforniya ştatının Olklend şəhərində ötən gün baş vermiş yanğında ölənlərin sayı 24-ə çatıb.

    "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi