Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ-ın Tennessi ştatının Memfis şəhərində gecə klubunda baş verən atışma zamanı azı 5 nəfər yaralanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 3 radələrində "Purple Haze" gecə klubunda baş verib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Polis hadisə yerində araşdırma aparır.