ABŞ-da gecə klubunda atışma olub, ölən və yaralananlar var

ABŞ-da gecə klubunda atışma olub, ölən və yaralananlar var Bakı. 2 sentyabr. REPORT.AZ/ Amerikanın Ohayo ştatının Klivlend şəhərindəki gecə klublarından birində atışma baş verib.
Digər ölkələr
2 Sentyabr , 2018 14:31
ABŞ-da gecə klubunda atışma olub, ölən və yaralananlar var

Bakı. 2 sentyabr. REPORT.AZ/ Amerikanın Ohayo ştatının Klivlend şəhərindəki gecə klublarından birində atışma baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS məlumat yayıb.

Bildirilir ki, silahlı insident nəticəsində 1 qadın ölüb, daha 7 nəfər yaralanıb.

Polisin məlumatına görə, hadisə "X-Rated" klubunda qeydə alınıb. Burada dava sonradan atışma ilə nəticələnib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi