ABŞ-da "Florens" qasırğası 400 mindən çox insanı işıqsız qoyub

ABŞ-da "Florens" qasırğası 400 mindən çox insanı işıqsız qoyub Bakı. 17 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatların şərqində hazırda tropik fırtına dərəcəsinədək zəifləyən Florens qasırğası nəticəsində elektrikötürücü xətlərin qırılması səbəbindən 400 mindən çox istehlakçı işıqsız qalmaqdadır.
Digər ölkələr
17 Sentyabr , 2018 06:45
ABŞ-da Florens qasırğası 400 mindən çox insanı işıqsız qoyub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatların şərqində hazırda tropik fırtına dərəcəsinədək zəifləyən "Florens" qasırğası nəticəsində elektrikötürücü xətlərin qırılması səbəbindən 400 mindən çox istehlakçı işıqsız qalmaqdadır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü eləcə də Şimali və Cənubi Karolina ştatlarında enerji təchizatına cavab verən "Duke Energy" şirkəti məlumat yayıb.

"Duke Energy" "Florens" qasırğası səbəbindən elektrik enerjisiz qalan 1,4 milyon istehlakçıdan 1 milyondan çoxuna enerji verilişini bərpa edib. Lakin Karolinalarda 404 min istehlakçı hələ də elektrik enerjisiz qalıb", - deyə şirkətin bəyanatında qeyd olunur.

Bərpa işlərinə "Duke Energy" 20 mindən çox əməkdaşı cəlb olunub.

Son xəbərlər

Orphus sistemi