ABŞ-da fişəng anbarında partlayış zamanı 12 yanğınsöndürən xəsarət alıb - VİDEO

ABŞ-da fişəng anbarında partlayış zamanı 12 yanğınsöndürən xəsarət alıb - VİDEO ABŞ-da fişəng anbarında partlayış zamanı 12 nəfər xəsarət alıb.
Digər ölkələr
6 İyun , 2019 02:20
ABŞ-da fişəng anbarında partlayış zamanı 12 yanğınsöndürən xəsarət alıb - VİDEO

ABŞ-da fişəng anbarında partlayış zamanı 12 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Nyu-Meksikoda baş verib.

Qeyd edilir ki, onların hamısı yanğınsöndürənlərdir. Yerli polisin verdiyi məlumata görə, yanğınsöndürənlərdən 2-i xəstəxanaya çatdırılıb. Onların xəsarətlərinin ağır olduğu bildirilir. Digər yanğınsöndürənlər partlayış zamanı yüngül xəsarət alıblar.

Qeyd edək ki, hadisə Rozuel şəhərinin beynəlxalq hava limanı yaxınlığındakı fişəng anbarında baş verib. Məlumata görə, hadisə təcili xidmətlərin əməkdaşlarının fişəngləri ABŞ-ın İstiqlaliyyət Günü münasibətilə qablaşdırdıqları zaman baş verib. 

Son xəbərlər

Orphus sistemi