​ABŞ-da "F-16" təyyarəsi qəzaya uğrayıb

​ABŞ-da "F-16" təyyarəsi qəzaya uğrayıb Pilot xilas ola bilib
Digər ölkələr
26 Noyabr , 2015 05:01
​ABŞ-da F-16 təyyarəsi qəzaya uğrayıb

Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-Meksiko ştatında Amerika Hərbi Hava Qüvvələrinə məxsus "F-16" tipli qırıcı qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qəza yerli vaxtla səhər saatlarında təlim uçuşu zamanı baş verib.

Qeyd olunur ki, pilot özünü katapult edə bilib. Təyyarənin qeydiyyatda olduğu ABŞ-ın Arizona ştatındakı Hərbi Hava Qüvvələri nümayəndələrinin sözlərinə görə, onun vəziyyəti yaxşı qiymətləndirilir.

Qəzanın səbəbi hələ ki, müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi