ABŞ-da əyləncə mərasimində silahlı insident baş verib: 5 yaralı

ABŞ-da əyləncə mərasimində silahlı insident baş verib: 5 yaralı Əyləncə gecəsinin iştirakçıları silahlı şəxsi polisə təhvil veriblər
Digər ölkələr
3 Aprel , 2017 01:34
ABŞ-da əyləncə mərasimində silahlı insident baş verib: 5 yaralı
Foto: Tvc.ru

Bakı. 3 aprel. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Pittsburq şəhərinin polisi ad günü mərasimində baş vermiş atışmada 5 nəfərin güllə yarası aldığını bildirib.

"Report" xəbər verir ki, bu barədə "East Bay Times" məlumat yayıb.

Yerli polisin nümayəndəsinin məlumatında bildirilir ki, yaralıların hamısı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti sabitdir.

Əyləncə gecəsinin iştirakçıları silahlı şəxsi polisə təhvil veriblər.

Nəşrin məlumatına görə, əyləncə gecəsi zamanı iştirakçılar arasında mərasimi tərk etmək xahiçi üstündə dava baş verib. Bu zaman arzuolunmaz qonaq silahını çıxararaq ətrafdakılara atəş açıb.

Son xəbərlər

Orphus sistemi