ABŞ-da əyləncə gecəsi zamanı eyvan uçub, 40-a yaxın tələbə xəsarət alıb

ABŞ-da əyləncə gecəsi zamanı eyvan uçub, 40-a yaxın tələbə xəsarət alıb Uçan mansarda üç mərtəbə hündürlüyündə olub
Digər ölkələr
11 Sentyabr , 2016 10:02
ABŞ-da əyləncə gecəsi zamanı eyvan uçub, 40-a yaxın tələbə xəsarət alıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ ABŞ-ın Konnektikut ştatında yerləşən Triniti kollecinin universitet şəhərciyi yaxınlığında evdə keçirilən əyləncə gecəsi zamanı mansardanın uçması nəticəsində 40-a yaxın tələbə xəsarət alıb.

"Report" xəbər verir ki, mansarda üç mərtəbə hündürlüyündə olub.

Mansarda aşağı - ikinci mərtəbənin eyvanı üzərinə, oradan isə onunla birgə yerə düşüb.

Polisin məlumatına görə, xəsarət alanların əksəriyyətinin zədəsi cüzidir və onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Eyvanı uçan ev Triniti kollecinin himayəçilərinə məxsusdur və 91 il öncə inşa olunub.

Son xəbərlər

Orphus sistemi