ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub Hadisə ailə münaqişəsi zəminində baş verib
Digər ölkələr
26 İyul , 2017 23:40
ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

Bakı. 26 iyul. REPORT.AZ/ Amerikanın Konnektikut ştatının sakini Xuan Veqa ailə münaqişəsi zəminində akvarium balığını öldürdüyünə görə, 120 gün müddətinə həbs olunub.

"Report" xəbər verir ki, bu ilin aprelində kişi bir yerdə yaşadığı qadınla mübahisə edib və evdə qarışıqlıq salıb.

Bu zaman o, əlinə keçən akvarium balığını ikiyə bölüb.

Qadının mübahisə şahidi olan 9 yaşlı oğlu bildirib ki, hadisə nəticəsində onun siam xoruzu kimi də tanınan döyüşkən balığı ölüb.

Prokuror bildirib ki, uşaq balığın ölümündən sarsıntı keçirib.

Son xəbərlər

Orphus sistemi