ABŞ-da etirazlar zamanı polis əməkdaşları güllə yarası alıb

ABŞ-da etirazlar zamanı polis əməkdaşları güllə yarası alıb ABŞ-ın Kentukki ştatının ən böyük şəhəri Luisvilldə keçirilən etiraz aksiyaları zamanı naməlum şəxslərin açdığı atəş zaman iki polis əməkdaşı yaralanıb.
Digər ölkələr
347
24 Sentyabr , 2020 06:24
ABŞ-da etirazlar zamanı polis əməkdaşları güllə yarası alıb
0 : 00
0 : 00

ABŞ-ın Kentukki ştatının ən böyük şəhəri Luisvilldə keçirilən etiraz aksiyaları zamanı naməlum şəxslərin açdığı atəş zaman iki polis əməkdaşı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən yerli WLKY telekanalı bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının səhhəti barədə məlumat verilmir. Daha əvvəl şəhərin polis idarəsinin nümayəndələri jurnalistlərə bildiriblər ki, aksiya zamanı bir polis güllə yarası alıb.

Luisvillin Federal Təhqiqatlar Bürosunun (FTB)  bölməsinin "Twitter" səhifəsində bildirilir ki, polisin yaralandığı əraziyə xüsusi təyinatlı dəstənin silahlıları göndərilib. Büronun əməkdaşları araşdırma aparmağa kömək edəcəklər.

Luisvilldə etirazlar və qarışıqlıqlar çərşənbə günü başlayıb.

Son xəbərlər

Orphus sistemi