Yuxarı
    Bağlamaq

    ​ABŞ-da etiraz aksiyalarının 70-dən çox iştirakçısı saxlanılıb

    Saxlanılanlar arasında jurnalistlər də var

    Bakı. 10 iyul. REPORT.AZ/ ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları Amerikada qaradərililərə qarşı özbaşınalıqlara etiraz məqsədilə Nyu-York ştatının Roçester şəhərində keçirilmiş nümayişlərin 74 iştirakçısını saxlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi Maykl Siminelli bildirib.

    Onun sözlərinə görə, aksiyada ümumilikdə təxminən 400 nəfər iştirak edib.

    "İndiyədək 74 nəfər ictimai asayişin pozulması ittihamı ilə həbs olunub. İki hadisədə müqavimət göstərmək ittihamları ilə əlaqədar həbs edilənlər olub", - deyə Siminelli bildirib.

    Polis rəisi həmçinin qeyd edib, xüsusilə iki jurnalist səhvən saxlanılıb. 

    Nümayişlər zamanı xəsarət alan olmayıb.

    Qanun keşikçiləri aksiyaçılara qarşı xüsusi vasitələrdən istifadə etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi