ABŞ-da Ermənistanın əsir götürdüyü Bəxtiyarın həyatından bəhs edən film təqdim olunub

ABŞ-da Ermənistanın əsir götürdüyü Bəxtiyarın həyatından bəhs edən film təqdim olunub ABŞ-ın Nyu-York şəhərində uzun illərdir Amerikada fəaliyyət göstərən azərbaycanlı rejissor Elmar Bayramovun ərsəyə gətirdiyi "Nəfəs" filminin təqdimatı keçirilib.
Digər ölkələr
6 Mart , 2023 09:56
ABŞ-da Ermənistanın əsir götürdüyü Bəxtiyarın həyatından bəhs edən film təqdim olunub

ABŞ-ın Nyu-York şəhərində Ermənistanın əsir götürdüyü Bəxtiyarın həyatından bəhs edən “Nəfəs” filmi təqdim olunub.

"Report"un ABŞ bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn filmin təqdimatı Nyu-Yorkun qədim "Village East by Angelika" kinoteatrında baş qutub.

Təqdimat mərasimində filmin yaradıcı heyyəti, ABŞ-da yaşayan Azərbaycan icmasının aktivləri, BMT-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar, yerli ictimayyətin nümayəndələri və amerikalı jurnalistlər iştirak ediblər.

Real motivlər əsasında çəkilən filmdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində Ermənistan hərbi birləşmələri tərəfinn əsir götürülən Bəxtiyarın həyatında bəhs edilir.

Filmin qəhrəmanı Bəxtiyar travma sonrası stres pozğunluğu sindromundan əziyyət çəkir. Əsirlikdən azad olduqdan sonra doğulduğu kəndə qayıdan Bəxtiyar məhbus həyatında aldığı travmalar ilə mübarizə aparır. İnsanlarla ünsüyyətdən qaçan qəhrəman öz hekayəsini təbiətlə- yağış, qar, ağaclar və daşlarla bölüşür. Doğulduğu kəndin düşmən işğalından azad edilməsinin sevinci Bəxtiyarın ağrılarını sakitləşdirmir.

"Nəfəs" filmində Bəxtiyarın hekayəsi ilə müharibənin ağır travmalarının təsirlərinin ömür boyu davam edə biləcəyi vurğulanır.

Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimat gecəsində uzun illərdir Amerikada fəaliyyət göstərən azərbaycanlı rejissor Elmar Bayramov sənətsevərləri soyuq və qarlı hava şəraitində çəklişləri baş tutan filmin bilinən və bilinməyən tərəfləri barəsində məlumatlandırıb və onları maraqlandıran sualları cavablandırıb.

Sənətsevərlər həmçinin kinoteatrın sərgi salonunda Xocalı Soyqırımından geriyə qalan orijinal fotoların nümayiş olunduğu "Xocalıya Ədalət" sərgisini ziyarət edib, erməni vəhşiliyi haqqında məlumatlanıblar.

Film Heydər Əliyev Fondunun dəstəyi ilə nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi