Yuxarı

​ABŞ-da ermənilərdən ibarət cinayətkar qrupun üzvləri həbs edilib

Onlar vergi və bank dələduzluğu ilə məşğul olublar

Bakı. 25 aprel. REPORT.AZ/ABŞ Federal Təhqiqat Bürosu (FTB) Santa-Anda şəxsi informasiyanın oğurluğunda, dələduzluqda, həmçinin digər cinayətlərdə şübhəli bilinən beş nəfərlik cinayətkar qrupun üzvlərini həbs edib. "Report"un məlumatına görə, saxlanılanlar Ermənistan, Gürcüstan və Çexiya vətəndaşlarıdır.

Los-Anceles federal prokurorunun verdiyi məlumata görə, həbs edilənlər 34 yaşlı Eduard Astvaçaryan, 24 yaşlı Ripsim Avaqyan, 46 yaşlı Armen Mkrtçyan, 54 yaşlı Sarkis Tabadjyan və 31 yaşlı Artaş Stepanyandır. 

Məlumata əsasən polis həmçinin digər erməniləri də axtarır. Axtarışa verilənlər 43 yaşlı Mxitar Mkrtçyan, 45 yaşlı Karen Poqosyan, 23 yaşlı Konstantin Qalstyandır. Həmin şəxslər vergi və külli miqdarda bank dələduzluğu ilə məşğul olublar. 

Onlar dövlətə və ayrı-ayrı şəxslərə külli miqdarda ziyan vurmaqda şübhəli bilinirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi