ABŞ-da erməni yarım milyard dollarlıq fırıldaqçılıq işində ittiham olunur - FOTO

ABŞ-da erməni yarım milyard dollarlıq fırıldaqçılıq işində ittiham olunur - FOTO ABŞ-ın Yuta ştatında külli miqdarda vəsaitin mənimsənildiyi fırıldaqçılıq işində ittiham edilən erməni əsilli Levon Termencyanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Digər ölkələr
3 Fevral , 2020 08:47
ABŞ-da erməni yarım milyard dollarlıq fırıldaqçılıq işində ittiham olunur - FOTO

ABŞ-ın Yuta ştatında külli miqdarda vəsaitin mənimsənildiyi fırıldaqçılıq işində ittiham edilən erməni əsilli Levon Termencyanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

“Lev Aslan Dermen” kimi tanınan Levon Termencyan “Washakie Renewable Energy LLC” şirkətinin rəhbəri Ceykob Kinqton və və maliyyə direktoru İsaey Kinqstonla birlikdə ittiham edilir.

Onlar saxta ticarət hesabatlarının köməyi ilə 500 milyon dollardan çox vergi subsidiyalarının israfçılığında təqsirləndirilirlər.

Prosesdə çıxış edən vəkil giriş nitqində bildirib ki, onun müdafiə etdiyi “Dermen” sadəcə təqsirini etiraf etmiş Ceykob Kinqton tərəfindən istifadə edilib.

Ancaq dövlət ittihamçısı bununla razılaşmayıb. Prokuror Leslo Qoemat məhkəmədə bildirib ki, ittiham olunan şəxslərdən biri - “Dermen” Kinqstonu bir sıra ölkələrdən pul köçürmələri əməliyyatların genişlənilməsinə, habelə yanacağın daşınmasına sövq edib. “Dermen” habelə əlbir olduğu cinayətkarlara pulları “yumaq” üçün lazım olan vasitələri də başa salıb. Erməni əsilli fırıldaqçı bundan ötrü dəbdəbəli ev və avtomobil almağı təklif edib. O, həmçinin şirkət rəhbərinə fırıldaqçılıq yolu ilə əldə edilən çoxmilyonlu qiymətə malik malikanənin alınmasına da kömək edib.

Erməni əsilli fırıldaqçının digər cinayət əməllərində də iştirakı iddia edilir.

Qeyd edək ki, bu, son 1 ildə ABŞ-da yaşayan ermənilərin törətdikləri növbəti qalmaqallı cinayət hadisələrindən biridir. Daha əvvəl bir qrup erməni cinayət əlaqəsinə girərək külli miqdarda pul müqabilində Ermənistan vətəndaşlarının saxta sənədlərlə Birləşmiş Ştatlara mühacirətini təşkil ediblər. İşlə bağlı qruplaşmanın 5 üzvü saxlanılıb.  

Son xəbərlər

Orphus sistemi