ABŞ-da əlverişsiz hava şəraitindən 21 nəfər ölüb

ABŞ-da əlverişsiz hava şəraitindən 21 nəfər ölüb Texasda 4 milyon sakinin elektrik enerjisi təchizatı kəsilib
Digər ölkələr
17 Fevral , 2021 13:29
ABŞ-da əlverişsiz hava şəraitindən 21 nəfər ölüb

ABŞ-da güclü qar yağması nəticəsində yaranmış əlverişsiz hava şəraitindən 21 nəfər ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Texas, Luiziana, Kentuki, Missuri, Miçiqan, Nebraska və Mississippi kimi ştatlarda qar yağması nəticəsində hərəkət iflic olub.

Bildirilib ki, Texasda 4 milyon sakinin elektrik enerjisi təchizatı kəsilib.

Məlumata görə, 1990-cı ildən indiyədək qar ilk dəfədir belə yağıb. Oklahoma Universitetinin meteorologiya üzrə professoru Ceyson Furtado mövcud vəziyyəti “İndi tarixi olay yaşanır” kimi dəyərləndirib.

ABŞ Prezidenti Cozef Bayden Texasda fövqəladə vəziyyətin elan edilməsi haqqında qərarı təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi