ABŞ-da ekskursiya vertolyotu qəzaya uğrayıb, 3 nəfər ölüb

ABŞ-da ekskursiya vertolyotu qəzaya uğrayıb, 3 nəfər ölüb Daha 4 nəfər son dərəcə ağır vəziyyətdədir
Digər ölkələr
12 Fevral , 2018 03:44
ABŞ-da ekskursiya vertolyotu qəzaya uğrayıb, 3 nəfər ölüb

Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ-ın məşhur gəzməli-görməli yeri olan Grand Kanyon yaxınlığında birmühərrikli ekskursiya vertolyotu qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə KPNX telekanalı məlumat yayıb.

Qəzaya uğrayan vertolyot "Eurocopter EC130" tipli olub. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hava gəmisinin göyərtəsində azı 7 nəfər olub. Arizona ştatı polisinin məlumatına görə, 4 zərərçəkmişə hadisə yerində tibbi yardım göstərilib. Onların vəziyyəti son dərəcə ağırdır.

Son xəbərlər

Orphus sistemi