ABŞ-da əhalinin 40 faizi koronavirusa qarşı peyvənd olunub

ABŞ-da əhalinin 40 faizi koronavirusa qarşı peyvənd olunub ABŞ-da 18 yaşdan yuxarı sakinlərin 40,8 faizi, yəni 105,3 milyon nəfər COVID-19 virusuna qarşı tam şəkildə peyvənd olunub
Digər ölkələr
5 May , 2021 19:08
ABŞ-da əhalinin 40 faizi koronavirusa qarşı peyvənd olunub

ABŞ-da 18 yaşdan yuxarı sakinlərin 40,8 faizi, yəni 105,3 milyon nəfər COVID-19 virusuna qarşı tam şəkildə peyvənd olunub.

“Report” xəbər verir ki, Xəstəliklərin Nəzarəti və Qabaqlanması Mərkəzlərinin (CDC) direktoru Roşel Valenski MSNBC-yə müsahibəsində deyib ki, həmçinin, 147 milyon sakinə (əhalinin 44,5 faizi) vaksinin bir dozası vurulub.

Qurum rəhbəri yaxın günlərdə Ərzaq və Dərman Administrasiyası (FDA) tərəfindən 12-15 yaşlarındakı yeniyetmələrin peyvəndlənməsi üçün “Pfizer” vaksininin tətbiqinə icazə verə biləcəyini də dilə gətirib.

Baltimordakı Cons Hopkins Universitetinin məlumatına görə, pandemiya dövründə ölkədə 32,5 milyon nəfərdən çoxu koronavirusa yoluxub. Bunların 578 mindən artığı dünyasını dəyişib.

Həm yoluxma, həm də ölüm sayına görə ABŞ birinci yerdədir.

Son xəbərlər

Orphus sistemi