Yuxarı

​ABŞ-da dini-etnik bayram mərasimində atışma olub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Polis hadisə ilə bağlı araşdıma aparır

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın Missisipi ştatının Pass Krisçen şəhərində "Mardi gras" ("Yağlı çərşənbə axşamı") adlı dini-etnik bayram zamanı baş verən atışma nəticəsində 2 nəfər həyatını itirib, ikisi uşaq olmaqla, 4 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda CNN telekanalı məlumat yayıb.

Polisin verdiyi məlumata əsasən, atışma nəticəsində 29 və 43 yaşlı iki kişi ölüb.

Polis hadisə ilə bağlı araşdıma aparır.

Qeyd edək ki, katolik və protestantların "Mardi Qra" bayramı pravoslavların "maslenitsa"sına ("yağlıca"ya) oxşayır. Bu bayramdan sonra Böyük orucluq mərasimi başlayır.

"Mardi Qra" bayramının adı fransızdilli ölkələrdə daha yayğındır. Bir çox Qərb dövlətlərində qeyd edilir. ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində daha təmtəraqlı keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi