Bakı. 16 sentyabr. REPORT.AZ/ Amerikanın Yuta ştatının Hildeyl şəhərində leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, ölənlər qadın və uşaqlardır ki, onların da arasında ən kiçiyinin 4 yaşı olub. Onların hamısı su altında qalan iki avtomobildə olublar. Ümumilikdə maşınlarda 16 nəfər olub, üç nəfər özünü sudan çıxara bilib. Bir nəfərin taleyi naməlum qalır.