ABŞ-da daşqın: ölü sayı 28 nəfərə çatıb

ABŞ-da daşqın: ölü sayı 28 nəfərə çatıb Xilasedicilər itkin düşmüş adamların axtarışı ilə məşğuldur
Digər ölkələr
30 May , 2015 07:22
ABŞ-da daşqın: ölü sayı 28 nəfərə çatıb

Bakı. 30 May. REPORT.AZ/ ABŞ-ın Texas və Oklahoma ştatlarında leysan yağışların yağması nəticəsində baş verən daşqında ölənlərin sayı 28-ə çatıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, təbii fəlakətə məruz qalan ərazilərdə xilasetmə və evakuasiya işləri aparılır.

Xilasedicilər itkin düşmüş adamların axtarışı ilə məşğuldur. Mindən çox ev qismən və ya tamamilə dağılıb.

Son xəbərlər

Orphus sistemi