ABŞ-da COVID-19 üzrə maddi yardımlar ölülərə ödənilib

ABŞ-da COVID-19 üzrə maddi yardımlar ölülərə ödənilib Ağ Ev administrasiyası təxminən 1,4 milyard ABŞ dollarını pandemiya şəraitində maliyyə yardımı kimi ölmüş insanlara ödəyib.
Digər ölkələr
25 iyun 2020 23:42
ABŞ-da COVID-19 üzrə maddi yardımlar ölülərə ödənilib

Ağ Ev administrasiyası təxminən 1,4 milyard ABŞ dollarını pandemiya şəraitində maliyyə yardımı kimi ölmüş insanlara ödəyib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin Hesabatlılıq İdarəsinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, qalmaqallı faktlar maliyyə yoxlaması nəticəsində aşkar edilib. Yoxlama bir ay əvvəl keçirilib.

Hakimiyyət ödənişləri səhv elan edib.

Vergi departamenti ödənişləri alanlara ölülərə göndərilmiş qəbzləri qaytarmaq xahişi ilə müraciət edib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi