ABŞ-da COVID-19 qurbanlarının sayı 107 minə çatır

ABŞ-da COVID-19 qurbanlarının sayı 107 minə çatır ABŞ-da son gün ərzində COVID-19-dan 704 nəfər ölüb.
Digər ölkələr
3 İyun , 2020 05:30
ABŞ-da COVID-19 qurbanlarının sayı 107 minə çatır

ABŞ-da son gün ərzində COVID-19-dan 704 nəfər ölüb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bununla da Birləşmiş Ştatlarda koronavirusdan ölüm hallarının ümumi sayı 106 945-ə çatıb.

Qeyd edilir ki, ABŞ COVID-19 pandemiyasının episentri olaraq qalmaqda davam edir. Bu ölkədə virusa yoluxma və ölüm hallarının ən böyük sayı qeydə alınıb. Birləşmiş Ştatlarda 1 milyon 869 min nəfər COVID-19 xəstəsi qeydiyyata alınıb. Ölkədə 618 mindən çox insan koronavirusdan sağalıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi