ABŞ-da bir sıra silah növlərinin polis tərəfindən istifadəsi qadağan edildi

ABŞ-da bir sıra silah növlərinin polis tərəfindən istifadəsi qadağan edildi "Qara siyahıya" daxil edilən silah və texnika növləri sui-istifadə oluna bilər
Digər ölkələr
19 May , 2015 06:27
ABŞ-da bir sıra silah növlərinin polis tərəfindən istifadəsi qadağan edildi

Bakı. 19 May. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama polis birliklərinin ordu tərəfindən istifadə edilən silah və texnika ilə təhciz olunmasını qadağan edən sənədə imza atıb. 

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bundan sonra ABŞ polisi tanklardan, minaatanlardan və kamuflaj geyimindən istifadə edə bilməyəcək.

Ağ Ev rəsmiləri bildirib ki, "qara siyahıya" daxil edilən silah və texnika növləri praktikada sui-istifadə oluna bilər.

Qeyd edək ki, ABŞ-ın Fergüsson şəhərində baş verən son etiraz aksiyalarının qarşısını almaq üçün polis bölgəyə zirehli texnika cəmləşdirmişdi.

Son xəbərlər

Orphus sistemi