ABŞ-da təyyarəni mağazaya çırpmaqla hədələyən pilot həbs edilib

ABŞ-da təyyarəni mağazaya çırpmaqla hədələyən pilot həbs edilib ABŞ-da bir kişi kiçik mühərrikli şəxsi təyyarəni qaçırıb və Missisipi ştatının Tupelo şəhərində və onu “Walmart” mağazasına çırpmaqla hədələyir.
Digər ölkələr
3 sentyabr 2022 16:24
ABŞ-da təyyarəni mağazaya çırpmaqla hədələyən pilot həbs edilib

ABŞ-da yüngül mühərrikli təyyarəni qaçıran və onu Missisipi ştatının Tupelo şəhərində “Walmart” mağazasına çırpılmaqla hədələyən şəxs saxlanılıb.

“Report” bu barədə CNN-ə istinadən xəbər verir.

“Sky News” agentliyi isə Missisipinin qubernatoru Teyt Rivsə istinadən xəbər verib ki, hadisə zamanı heç kim xəsarət almayıb.

Qeyd edək ki, səhər saatlarında təyyarə qaçıran şəxs hava maşınını mağazaya çırpmaqla hədələyib.

18:47

ABŞ-da bir kişi kiçik mühərrikli şəxsi təyyarəni qaçırıb və Missisipi ştatının Tupelo şəhərində və onu “Walmart” mağazasına çırpmaqla hədələyir.

"Report" xəbər verir ki, bu barədə yerli polis feysbuk səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, pilot təcili yardım xidmətləri ilə əlaqə saxlayıb və təyyarəni qəsdən “Walmart”a çırpmaqla hədələyir.

Mağazanın müştəriləri təxliyə edilib. Pilot şəhərin üzərində səmada uçur. Digər təfərrüatlar açıqlanmır.

Son xəbərlər

Orphus sistemi