ABŞ-da bir milyona yaxın insan elektrik enerjisiz qalıb

ABŞ-da bir milyona yaxın insan elektrik enerjisiz qalıb Bazar günü ABŞ-ın şərq sahillərinə güclü küləklə müşahidə olunan leysan yağışları yağıb
Digər ölkələr
30 Oktyabr , 2017 16:22
ABŞ-da bir milyona yaxın insan elektrik enerjisiz qalıb
USA Today

Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ-ın şimal-şərqində güclü leysan yağışları və külək 930 min insanın elektrik enerjisində problemlər yaradıb.

 "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Massaçusets ştatında əlverişsiz hava şəraitinə görə 269 mindən çox, Rod Aylenddə 144 mindən çox, Konnektikutda isə 152 mindən çox insan elektrik enerjisiz qalıb.

Nyu Hempşir ştatında, təxminən, 231 min, Mendə 95 min, Vermontda 41 min istehlakçının elektrik təchizatı kəsilib.

Qeyd edək ki, bazar günü ABŞ-ın şərq sahillərinə güclü küləklə müşahidə olunan leysan yağışları yağıb. Qasırğa gücündəki küləklər ağacları aşırır, bəzi ərazilərdə küləyin sürəti saatda 96 km təşkil edir.

Son xəbərlər

Orphus sistemi