ABŞ-da bir gündə 25 minə yaxın yoluxma qeydə alınıb

ABŞ-da bir gündə 25 minə yaxın yoluxma qeydə alınıb ABŞ-da son sutkada yeni növ koronavirusa yoluxanların sayı 24 mindən çox olub, 1 000-ə yaxın insan infeksiyanın qurbanı olub.
Digər ölkələr
6 İyun , 2020 16:22
ABŞ-da bir gündə 25 minə yaxın yoluxma qeydə alınıb

ABŞ-da son sutkada yeni növ koronavirusa yoluxanların sayı 24 mindən çox olub, 1 000-ə yaxın insan infeksiyanın qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son gündə ölkədə 24 720 yeni yoluxma hadisəsi qeydə alınıb. Bu, son iki həftə ərzində ən yüksək göstəricidir. Son sutkada ölənlərin sayı isə 921 nəfər olub.

Bununla da, universitetin məlumatlarına görə, ABŞ-da ümumilikdə 1,8 milyondan çox insan koronavirusa yoluxub, 109 mindən çox ölüm faktı qeydə alınıb. 

Bununla yanaşı, 491 mindən çox insanın sağaldığı qeyd olunur.

Son xəbərlər

Orphus sistemi