ABŞ-da bir gündə 5 000-ə yaxın insan koronavirusdan öldü - YENİLƏNİB

ABŞ-da bir gündə 5 000-ə yaxın insan koronavirusdan öldü - YENİLƏNİB ABŞ-da koronavirus qurbanlarının sayı 31 015 nəfər təşkil edir.
Digər ölkələr
16 Aprel , 2020 21:47
ABŞ-da bir gündə 5 000-ə yaxın insan koronavirusdan öldü - YENİLƏNİB
0 : 00
0 : 00

ABŞ-da koronavirus qurbanlarının sayı 31 015 nəfər təşkil edir.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 640 minə çatıb, 52 739 min nəfər sağalıb.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda COVID-19 infeksiyası 210 ölkədə və regionda qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


***18:10

ABŞ-da son bir gündə 4 934 nəfər koronavirusun qurbanı olub. 

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 30 990 nəfərə çatıb. 

Bildirilib ki, ABŞ-da daha 30 048 nəfərə koronavirus diaqnozu qoyulub və infeksiya daşıyıcılarının sayı 639 733-ə yüksəlib. 

Eyni zamanda indiyədək 52 739 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 107 000-i ötüb. Bunların 526 337 nəfəri sağalıb, 136 992 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi