ABŞ-da bir ailənin altı üzvü öldürülüb

ABŞ-da bir ailənin altı üzvü öldürülüb Amerikanın Allen şəhərində bir ailənin altı üzvü mənzildə ölü aşkarlanıb
Digər ölkələr
6 Aprel , 2021 00:29
ABŞ-da bir ailənin altı üzvü öldürülüb

Amerikanın Allen şəhərində (Texas ştatı - Red) bir ailənin altı üzvü mənzildə ölü aşkarlanıb.

Bu barədə “Report” “Fox News”a istinadən xəbər verir.

Qeyd olunub ki, ölən şəxslərin bədənlərində güllə yaraları müəyyən edilib.

Polisin verdiyi məlumata görə, ər və arvad, onların üç oğlu və yaşlı qadın (Nənə - Red) güllələnib. Ehtimal edilir ki, iki qardaş ailə üzvlərini öldürdükdən sonra intihar ediblər.

Qardaşlardan biri hadisə ilə bağlı məktub yazıb. Lakin məktubun məzmunu açıqlanmayıb. Öldürülənlərin Banqladeşdən olduğu qeyd edilir.

Son xəbərlər

Orphus sistemi