Yuxarı

ABŞ-da beş əsgəri qətlə yetirən şəxsin qohumları ictimaiyyətdən üzr istəyib

24 yaşlı Məhəmməd Yusuf Əbdüləzizin yaxınları bildiriblər ki, qatil son vaxtlar psixoloji problemlər yaşayıb.

Bakı. 19 iyul. REPORT.AZ/ ABŞ-ın Tennesi ştatının Çattanuqa şəhərindəki hərbi yardım mərkəzinə hücum edərək bir neçə hərbçini qətlə yetirən əslən Kuveytli olan 24 yaşlı Məhəmməd Yusuf Əbdüləzizin qohumları həlak olanların ailə üzvlərindən və ictimaiyyətdən üzr istəyiblər.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Əbdüləzizin yaxınları bildiriblər ki, qatil son vaxtlar psixoloji problemlər yaşayıb.

ABŞ Dəniz Donanmasının məlumatına görə, üç gün öncə Tennesi ştatının Çattanuqa şəhərindəki hərbi yardım mərkəzinə hücum zamanı ölənlərin ümumi sayı beşə çatıb.

Rəsmilər bildirib ki, Küveytdə doğulan və Tennesi ştatının Hikson şəhərində yaşayan Yusuf Əbdüləziz Çattanuqadakı çağırış məntəqəsinin barrikadaları yandırdıqdan sonra avtomobillə bir neçə kilometr mərkəzin içərisinə gedə bilib. Əbüləzizi ilk açdığı atəşdən bəri təqib edən polis zabiti güllə ilə vuraraq öldürüb.

Silahlı şəxsin hər hansı bir terrorçu qrupu ilə əlaqəsi olub olmadığını araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi