ABŞ-da benzindaşıyan maşın partlayıb, 2 nəfər ölüb, 15-i yaralanıb

ABŞ-da benzindaşıyan maşın partlayıb, 2 nəfər ölüb, 15-i yaralanıb İnsident Baltimor şəhərində baş verib
Digər ölkələr
18 Dekabr , 2016 00:13
ABŞ-da benzindaşıyan maşın partlayıb, 2 nəfər ölüb, 15-i yaralanıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Birləşmiş Ştatların Merilend ştatında benzindaşıyan maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 15-dən çox şəxs xəsarət alıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, insident Baltimor şəhəri ərazisində qeydə alınıb.

AP-nin məlumatına görə, sürücü buz bağlamış yolda ötmə əməliyyatı edən zaman sürət həddini aşıb. Nəticədə maşın yolayırıcı çəpərə çırpılıb və aşıb. Bu, güclü partlayışa səbəb olub, çünki maşının çəni dolu olub.

Qəzaya ümumilikdə 20-dək nəqliyyat vasitəsi düşüb.

Son xəbərlər

Orphus sistemi