ABŞ-da bayramda atışma nəticəsində 8 nəfər xəsarət alıb

ABŞ-da bayramda atışma nəticəsində 8 nəfər xəsarət alıb Yaralılardan birinin vəziyyəti kritikdir
Digər ölkələr
17 Yanvar , 2017 10:17
ABŞ-da bayramda atışma nəticəsində 8 nəfər xəsarət alıb

Bakı. 17 yanvar. REPORT.AZ/ ABŞ-ın Mayami şəhərində (Florida ştatı) Martin Lüter Kinq günü bayramının qeyd edilməsi əsnasında baş verən atışmada 8 nəfər xəsarət alıb.

Bu barədə "Report" "ABC News"a istinadən xəbər verir.

Atışma başladıqdan dərhal sonra hadisə yerində çaxnaşma yaşanıb.

Zərərçəkənlərdən altısı güllə yarası alıb. Onlar arasında 3 yeniyetmə, o cümlədən 11 yaşlı qız uşağı da var. Yaralıların hamısı xəstəxanaya çatdırılıb. "7 News Miami" telekanalının məlumatına görə, yaralılardan birinin - 20 yaşlı kişinin vəziyyəti kritikdir.

Hadisədən saat yarım sonra polis iki şübhəli şəxsi saxladığını açıqlayıb. Olay yerində iki tapança tapılıb.

Son xəbərlər

Orphus sistemi