ABŞ-da bayram tədbirində atışma: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

ABŞ-da bayram tədbirində atışma: 1 nəfər ölüb, 4 nəfər yaralanıb İki nəfər şübhəli şəxs qismində saxlanılıb.
Digər ölkələr
390
27 Noyabr , 2020 10:31
ABŞ-da bayram tədbirində atışma: 1 nəfər ölüb, 4 nəfər yaralanıb
0 : 00
0 : 00

ABŞ-ın Nevada ştatında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, bunu yerli polis bildirib.

Məlumata görə, hadisə ştatın Xenderson şəhərində Şükranlıq günü bayramında baş verib. Yaralılar müxtəlif rayonun sakinləridir.

Polis əməkdaşları hadisə yerində 5 yaralı aşkarlayıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Yaralılardan biri, 22 yaşlı kişi xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi