ABŞ Senatının Nümayəndələr Palatasının Nəzarət Komitəsi ABŞ Prezidenti Co Bayden administrasiyasının 2001-ci ilin 11 sentyabr terror aktının törədilməsində təqsirləndirilən üç müttəhimə günahlarını etiraf etmək müqabilində ölüm hökmündən qaçmaq və ömürlük həbs cəzası almağa imkan verən məhkəmə razılaşması üzrə danışıqlardakı rolu ilə bağlı araşdırmaya başlayıb.
“Report” xəbər verir ki, bu barədə “New York Post” nəşri yazıb.
“Nümayəndələr Palatasının Nəzarət Komitəsi məktubda Prezident Baydenə məlumat verib ki, onun administrasiyasının hüquqi sövdələşmədəki rolu ilə bağlı təhqiqat başladıb”, - nəşrdə yazılıb.
Daha əvvəl Ağ Evin sözçüsü Con Kirbi Bayden administrasiyasının çərşənbə gününə qədər 11 sentyabr terror aktını törətməkdə ittiham olunan üç müttəhimin istintaqla razılaşma əldə etdiyindən xəbərsiz olduğunu bildirmişdi. Bəyanat terror hücumunda ölənlərin ailələri tərəfindən sövdələşmənin tənqid edilməsi fonunda verilmişdi.