ABŞ-da baş vermiş yanğında 5-i uşaq olmaqla 9 nəfər ölüb

ABŞ-da baş vermiş yanğında 5-i uşaq olmaqla 9 nəfər ölüb Xəsarət almış daha 1 uşaq xəstəxanada ağır vəziyyətdədir
Digər ölkələr
12 Sentyabr , 2016 19:48
ABŞ-da baş vermiş yanğında 5-i uşaq olmaqla 9 nəfər ölüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ-ın Tennesi ştatının Memfis şəhərində yaşayış evində baş vermiş yanğında 5-i uşaq olmaqla 9 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Fox13" telekanalı məlumat yayıb.

Məlumata görə, yanğln zamanı xəsarət almış daha 1 uşaq hazırda xəstəxanada ağır vəziyyətdədir.

Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi