Yuxarı
    Bağlamaq

    ​ABŞ-da baş vermiş yanğın nəticəsində 150-dən çox ev yanıb

    Yanğın təhlükəsi ilə əlaqədar yaxınlıqdakı ərazilərin sakinləri təxliyyə edilib

    Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında baş vermiş təbii yanğın nəticəsində 150-dən çox ev yanıb. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kaliforniya ştatının Yanğından Mühafizə Xidmətinin nümayəndəsi Kern Entoni Romero məlumat verib.

    Onun sözlərinə görə, bir neçə gündür davam edən yanğın nəticəsində ən azı iki nəfər ölüb. Kern Entoni Romero bildirib ki, Leyk-İzabella şəhərinin bir neçə yaşayış məntəqəsi tamamilə yanıb.

    Yanğın təhlükəsi ilə əlaqədar yaxınlıqdakı ərazilərin sakinləri təxliyyə edilib. Alovun söndürülməsinə 1000-dən çox yanğınsöndürən cəlb olunub.

    O, bildirib ki, yanğının söndürülməsinə quraqlıq, habelə küləkli hava şəraiti mane olur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi