Bakı. 2 may. REPORT.AZ/ ABŞ-da C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.
"Report"un "ABC News"ə istinadən məlumatına görə, hadisə vaxtı təyyarənin göyərtəsində Puerto-Rikonun Milli Qvardiyasının zabitləri olub.
Onlar istefaya çıxmaq üçün Arizonaya gəlirmiş. Bu, həm də 60 il istismar edilən təyyarənin son uçuşu olmalı idi. Lakin təyyarə beynəlxalq hava limanından qalxdıqdan dərhal sonra yanmağa başlayıb və avtomagistrala düşüb.
Polis nümayəndəsi həmin vaxt yolda heç bir avtomobilin olmamasını möcüzə adlandırıb. Puerto-Rikonun Milli Qvardiyasının nümayəndəsi, mayor Pol Dalen qeyd edib ki, C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsi köhnə olmasına baxmayaraq, yaxşı vəziyyətdə olub.
C-130 ("Hercules") təkcə ABŞ-ın deyil, bir çox ölkələrin Hərbi Hava Qüvvələrində əsas taktiki nəqliyyat vasitəsidir.
***23:00
ABŞ-da C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "
C.Bezorun sözlərinə görə, hadisə zamanı təyyarədə neçə nəfərin olması məlum deyil.
Hadisə Corciya ştatında baş verib.
***21:27
ABŞ-da C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" məhkəmə tibb ekspertizasına istinadən xəbər verib.
Qeyd edək ki, hadisə Corciya ştatında baş verib.
***20:45
ABŞ-ın Corciya ştatında C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.
"Bəli, biz bu təyyarənin Milli Qvardiyaya məxsus olduğunu təsdiqləyirik. Bu an biz yalnız bu məlumata sahibik", - suallara cavab olaraq Mətbuat xidmətinin nümayəndəsi deyib.